“Çox təəssüf ki, özünü İslam Respublikası adlandıran İran Naxçıvanda insanların yollarını bağlayıb, qadınları uşaqları yollarda qoyub. Rusiyada miqrantlara qarşı bir hücum başlayır, həmçinin, buradan da İran fəaliyyətə keçir və Rusiya ilə birgə hərəkət edir”.
Lent. az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü sessiyasındakı çıxışında BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, yayda Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Milli Şura yaradılanda İrana bağlı adamlar da oraya qoşulmuşdular: “İranın tör-töküntüləri də o vaxtı Milli Şuraya qoşuldular. Düzdür, sonradan onların bir çoxu dedi, üzv olduqlarından xəbərləri olmayıb, onları elə-belə üzv yazıblar-filan, indi də eyni proses gedir. Vaxtilə Yezid İmamın adamlarını təslim etmək üçün onları suyunu kəsmişdi, indi də İran eyni qaydada hərəkət edir”.
Deputatın sözlərinə görə, Milli Məclis bu məsələyə etiraz etməli və məsələ ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına və İslam Konfransına müraciət ünvanlamalıdır: “İranda 30 milyona yaxın azərbaycanlı yaşayır, ancaq onlar bu ölkənin siyasətinə təsir edə bilmir. Buna görə də diaspora fəaliyyətinə maliyyə artırılmalıdır. Əgər İrandakı azərbaycanlılar milli kimliklərini dərk etsəydilər, ordakı mollalar Azərbaycanla belə davrana bilməzdilər. Mən İranın Azərbaycandakı tör-töküntülərinə üzümü tutub demək istəyirəm ki, tez-tez İsrail bayrağı yandırdıqları kimi, indi kişilikləri çatırsa, İrana da bir etiraz etsinlər”.
Oqtay Əsədov isə bildirib ki, İranla Azərbaycan arasında heç bir problem yoxdur və yaranan texniki problem də yoluna qoyulmaq üzrədir: “Elə danışırsınız, elə bil, Azərbaycanın üstünə səlib yürüşü başlayıb. Elə şey yoxdur. İran da bizim qonşu dövlətdir və arada yaranan texniki problem də yoluna qoyulmaq üzrədir. Xahiş edirəm, bu cür məsələlərdə diqqətli olun ”.

Oqtay Əsədov: “İranla Azərbaycan arasında heç bir problem yoxdur”
Oxşar yazılar

İƏT-dən Qərbi azərbaycanlılara dəstək-Ermənistana çağırış edildi
22 iyun 2025 , 19:09
Rəsmi Bakıdan ABŞ-ın İranı bombalamasına -REAKSİYA
22 iyun 2025 , 16:02
Ərdoğan: Yaxın Şərqin xəritəsinin dəyişdirilməsinə imkan verməyəcəyik
21 iyun 2025 , 13:59
Naxçıvan Konstitusiyası DƏYİŞİR - YENİLƏNİB
21 iyun 2025 , 12:19
İşğalda olmuş ərazilərin “Ermənistana birləşdirilməsi” niyyəti ifşa olundu
20 iyun 2025 , 21:56
Sahakyan Azərbaycanda baş vermiş döyüşlərlə bağlı istintaq komissiyasının Ermənistanda təşkil olunmasından danışdı
20 iyun 2025 , 20:42
Tehranı tərk edən İsveç səfiri Azərbaycana gəldi
20 iyun 2025 , 18:47