Xaçmaz-Quba yolunda AĞIR QƏZA:  ölən var
19 avqust 2025 09:23 (UTC +04:00)

Xaçmaz-Quba yolunda AĞIR QƏZA: ölən var

Xaçmaz-Quba avtomobil yolunda qəza olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, dünən gecə Elvin Əlimərdanov idarə etdiyi “KİA RİO” markalı avtomobillə Xaçmaz-Quba avtomobil yolunun Xaçmaz rayonu, Yergüc kəndindən keçən hissəsində Quba rayonu istiqamətində hərəkətdə olan zaman yolun sərt döngəsində idarəetməni itirib.

Avtomobil yolun sağ kənarında olan ağaca dəyərək dayanıb, nəticədə aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar