Latviyalı rəsmi qonaqlar Qəbələni ziyarət edib
08 aprel 2013 22:55 (UTC +04:00)

Latviyalı rəsmi qonaqlar Qəbələni ziyarət edib

 

 Latviyanın Salaçqriva şəhərinin meri Daqnis Strauberqsin rəhbərlik etdiyi 9 nəfərlik nümayəndə heyəti əməkdaşlıq məqsədilə aprelin 8-də Qəbələ rayonuna səfər edib. APA-nın məlumatına görə mədəniyyət və turizm sahəsi üzrə çalışan dövlət işçilərinin, iş adamlarının, bələdiyyə qulluqçularının təmsil olunduğu nümayəndə heyəti səfər çərçivəsində rayon ilə yaxından tanış olub, bir sıra istehsal müəssisələrinin fəaliyyəti və bölgənin turizm imkanları ilə maraqlanıblar. Latviyalı qonaqlar Qəbələ konserv zavodunun, meyvə-tərəvəz məhsullarının saxlanılması və çeşidlənməsi üçün inşa edilmiş soyuducu anbar kompleksinin, "Gilan piano" MMC-nin "Beltmann" piano fabrikinin, Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinin, Vəndam qəsəbəsində inşa olunmuş 620 başlıq heyvandarlıq-südçülük kompleksinin fəaliyyəti ilə tanış olublar.

 

Daha sonra nümayəndə heyəti Nic qəsəbəsindəki qədim Alban məbədi və 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin bu günədək gəlib çatan qala divarının qalıqları və burada aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Qonaqlar Qəbələnin füsunkar təbiəti, rayonda yaradılmış müasir turizm infrastrukturu, beşulduzlu "Qafqaz Riverside", "Qafqaz Resort", "Qafqaz Sport" otelləri, "Fitnes" istirahət-sağlamlıq mərkəzləri ilə də tanış olublar.            

 

Qeyd edək ki, ötən il Qəbələ rayonu ilə Latviyanın Salaçqriva şəhəri arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı protokol imzalanıb. 

# 1494
avatar

Oxşar yazılar