BMT baş katibinin xüsusi müşaviri ölkəmizə gəlir
08 aprel 2013 11:29 (UTC +04:00)

BMT baş katibinin xüsusi müşaviri ölkəmizə gəlir

 

BMT baş katibinin xüsusi müşaviri, o cümlədən HİV-AİDS üzrə xüsusi səlahiyyətli elçisi və BMT-nin Əhali Fondunun sabiq rəhbəri Nafis Sadik Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi "Cənubi Qafqaz Forumu"nda iştirak etmək üçün Azərbaycana səfərə gəlir. Lent.az-ın məlumatına görə, Sadik BMT-də ən yüksək vəzifə tutan ilk qadındır. Sosial İnkişaf cəmiyyətinin prezidenti, İnsan Alverinə Son Beynəlxalq Layihəsinin direktorlar şurasının üzvüdür və eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvüdür.

 

Qeyd edək ki, Cənubi Qafqaz Forumu dünyanın 300-dən çox xarici ekspertlərin, ziyalıların, sabiq ölkə və hökumət rəhbərlərinin iştirakı ilə keçiriləcək.

 

Forumun tərəfdaşları İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi Fundacion de Pas, İnsan alverinə Son layihəsi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır. Forumun təşkilat Komitəsinə İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin və Latviya Respublikasının sabiq prezidenti Vaira Vike-Freiberga həmsədrlik edirlər. 

 

 

# 368
avatar

Oxşar yazılar