Azərbaycan prezidenti Yunanıstanın baş naziri ilə görüşüb
16 iyun 2014 20:05 (UTC +04:00)

Azərbaycan prezidenti Yunanıstanın baş naziri ilə görüşüb

Afinada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin Yunanıstanın baş naziri Antonis Samaras ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə ölkələr arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. İqtisadi, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və başqa sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb. İqtisadi əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd edilib.

 

Görüşdən sonra A.Samaras tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar