Ukraynalı Putinin varisi ola bilərdi:   Keçmiş dostu AÇIQLADI
28 aprel 2022 09:05 (UTC +04:00)

Ukraynalı Putinin varisi ola bilərdi: Keçmiş dostu AÇIQLADI

Rusiya Federasiya Şurasının hazırkı rəhbəri, Xmelnitski vilayətindən olan Valentina Matviyenko əvvəllər Vladimir Putinin varisi kimi nəzərdə tuturdu.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin keçmiş dostu, hazırda Fransada yaşayan Sergey Puqaçov açıqlama verib.

"Mən Valyanı yaxşı tanıyıram. Valentinanın adı bir vaxtlar Putinin varisi kimi çəkilirdi... O, Medvedyev və Sergey İvanovdan əvvəl də ən ehtimal böyük ehtimal olunan varisi idi. O, o zaman Sankt-Peterburq qubernatoru idi. Putin həqiqətən də onu dəvət etmişdi, danışmışdı, varis olmağı təklif etmişdi və sonra ona demişdi ki, dörd il və ya dörd aydan sonra o gedəcək”, - Puqaçov bildirib.

Onun sözlərinə görə, Matviyenko o zaman korrupsiyaya bulaşmamışdı.

“Valentina, bütün xəyanətləri və başqa şeyləri ilə, Putinin bütün komandasından fərqli olaraq, həlledici bir insandır. Mən onun haqqqında heç vaxt korrupsiya ittihamı ilə bağlı heç nə eşitməmişəm. Əminəm ki, Putinin komandası ona varis kimi qadağa qoyub... Necə olduğunu xatırlayıram. İnsanlar yanıma gəlib dedilər: “Volodyaya deyin, Matvienko bütün şəhərə deyib ki, gələcək prezidentdir, növbəyə düzülün, bölgü indi başlayacaq”. Bu, təbii ki, belə deyildi. O, sadəcə onların xoşuna gəlmirdi, çünki o, çox münasib insan deyil”, - o qeyd edib.

Bildiyiniz kimi, Matviyenko ukraynalı olmasına baxmayaraq, Ukraynaya qarşı müharibəni və Putinin aqressiv siyasətini dəstəkləyənlərdən biridir.

.

# 5070
avatar

Oxşar yazılar