Tahir Mirkişili növbəti dəfə mənə  uğursuz cavab   verməyə cəhd etdi
23 aprel 2024 15:06 (UTC +04:00)

Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi

“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu, süni yaradılır.

“Mən öz vəsaitim hesabına süni torpaq sahəsi, ada yaradıram. Burada məntiq haradadır ki, mənim yaratdığımı sonra dövlət deyir ki, sən onu mənim mülkiyyətimə verməlisən. Bu baxımdan bu müddəa da buradan çıxarılmalıdır”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə qeyd edib ki, süni adalar su fondunun üzərində yaradıldığı üçün özəlləşdirilə bilməz, dövlətin hesabında olmalıdır:

“Bu, dünyanın hər yerində belədir”.

Qüdrət Həsənquliyev isə yenidən bu cavaba etiraz edib:

“Beynəlxalq təcrübəyə əsaslanırsınızsa, onda beynəlxalq təcrübəni düzgün izləyin. Hörmətli Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi. Bir çox ölkələrdə adalar satışa çıxarılır. Nəinki süni adalar, hətta təbii adalar da satılır. İtaliyada Neapol şəhərində mənə göstərdilər ki, adanı bir nəfər alıb və orada mənzil tikib. Beynəlxalq təcrübəyə istinad edirsinizsə, onu diqqətlə öyrənmək lazımdır. Bu qanun əleyhinə səs verəcəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3375
avatar

Oxşar yazılar