Deputat Etibar Əliyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Lent.az xəbər verir ki, o, namizədliyini könüllü olaraq irəli sürmədiyini bildirib:
“Biz böyük Zəfər qazanmışıq və hər kəsin üzərinə çalışdığı sahədən asılı olmayaraq böyük məsuliyyət düşür. Mən öz üzərimə düşən məsuliyyətimi dərk edən adamam. Mənim əzəldən missiyam maarifçiliyin təbliğidir və bu istiqamətdə işlərimi daha intensiv şəkildə davam etdirəcəyəm. Bu seçkidə bütün layiqli namizədlərə uğurlar arzulayıram. Seçkidə səsimi ən layiqli namizədə verəcəyəm. Düşünürəm ki, VII çağırışın deputatları VI çağırışın deputatları kimi ölkəmizin inkişafı naminə mühüm qanunların qəbul olunmasında fəal iştirak edəcəklər. Bununla yanaşı onların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı barədə gözləntilərim böyükdür”.