Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Azərbaycana səfər edəcək.
Lent.az xəbər verir ki, bu barədə Vesti.az saytı məlumat yayıb.
Saytın xəbərinə görə, onun Bakıya səfəri martın 16-na planlaşdırılıb.
Bildirilir ki, səfər zamanı Matvienko Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparacaq.