Dünən axşam saatlarında Minsk hava limanında Rusiya prezidenti Vladimir Putini qarşılayan Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, onun “regionumuzun və Qafqazın təhlükəsizliyi ilə bağlı çox maraqlı təklifləri var” və bu təkliflər Azərbaycana səfəri zamanı ciddi müzakirə olunub.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.
Aleksandr Lukaşenko bildirib ki, prezidentlər ilk növbədə təhlükəsizlik məsələlərini müzakirə edəcəklər, mayın 24-də isə hökumət üzvlərinin iştirakı ilə iqtisadi məsələlərə baxılacaq.
“Düşünürəm ki, biz həmişə olduğu kimi təhlükəsizlik məsələlərini birinci yerə qoyuruq. Sabah (bu gün red.) isə hökumətdəki həmkarlarımızla birlikdə iqtisadi məsələləri müzakirə edəcəyik. Mənim regionumuz və Qafqaz üçün çox maraqlı təkliflərim var ki, onları Azərbaycana səfərimiz zamanı çox ciddi müzakirə etdik”, - Belarus lideri bildirib.