Keçmiş Baş Qərargah rəisinə  4 il həbs İSTƏNİLDİ
17 sentyabr 2021 18:17 (UTC +04:00)

Keçmiş Baş Qərargah rəisinə 4 il həbs İSTƏNİLDİ

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı İlkər Başbuğun canlı yayımda FETÖ-nin siyasi addımları ilə bağlı söylədiyi ifadələr müzakirələrə səbəb olmuşdu.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Ankara Baş Prokurorluğunda bununla bağlı aparılan istintaq tamamlanıb. Daha sonra ittiham aktı hazırlanıb və iddianamədə Başbuğa 4 ilə qədər həbs cəzası verilməsi istənilib.

Bu müzakirələr zamanı İlker Başbuğ demişdi: "Əsgərlərin mülki məhkəmələrdə mühakimə olunmasına yol açan tənzimləməni kim etdi? FETÖ'nün siyasi ayağı da oradadır" . 

Nizamnaməni imzalayan Bekir Bozdağ da daxil olmaqla hakim Ədalət və İnkişaf Partiyasının 6 üzvünə də cinayət işi açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3453
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar