İran mediası Qərbin tezisləri ilə Azərbaycanı "vurur"
14 oktyabr 2024 17:40 (UTC +04:00)

İran mediası Qərbin tezisləri ilə Azərbaycanı "vurur"

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırlaşdığı zamanlarda əsasən Qərbdəki anti-Azərbaycan qüvvələri və mediası "qara piar" kampaniyasına başlayırdı.

Azərbaycanda guya insan hüquq və azadlıqlarının pozulduğu iddiası ilə başlanan bu kampaniya mötəbər tədbirlərin ölkəmizdə baş tutmaması üçün həyata keçirilirdi.

Bunu Bakıda keçirilən "Avroviziya-2012", Avropa Oyunları-2015, İslam Həmrəyliyi Oyunları-2017, 2016-cı ildən hər il keçirilən Formula-1 Azərbaycan Qran-Prisi və s. mötəbər tədbirlər zamanı müşahidə etmişik.

Qəribəsi odur ki, Azərbaycanla münasibətləri nizamlamaq üçün son dövrlərdə müəyyən addımlar atan İran bu dəfə Qərbin yolu ilə gedir, Avropa və ABŞ mediasında ölkəmizə yönələn narrativ və saxta tezislərin təkrarçısına çevrilir.

Təəssüf ki, İran mediası və hakimiyyətdə təmsil olunan bəzi millətçi radikal qüvvələr 11-22 noyabr aralığında Bakıda keçiriləcək COP29 konfrnası öncəsi ölkəmizə qarşı iftira kampaniyasına başlayıb. Bu özünü rəsmi Bakının ünvanına saxta ittihamlar, açıq böhtanlar səslənəməsi yolu ilə büruzə verir. Məsələn, "İran Diplomacy" saytı Azərbaycanı Xəzər dənizində neft hasilatı zamanı ekoloji tarazlığı pozduğunu, dənizin çirkləndirilməsinə önəmli təsir göstərdiyini yazır. Sayt iddia edir ki, Azərbaycan beynəlxalq tədbirləri Qarabağda guya "ermənilərə qarşı etnik təmizləmə" və "erməni abidələrinin dağıdılması" barədə obyektivlikdən uzaq tezislər də daxil edib.

İran mətbuatı nə vaxtdan qərb mediasına verilən tezisləri almağa başlayıb?

Analoji ritorika son günlər İran mediasının ASR İran, KHABAR kimi media resurslarında da işıq üzü görüb. İlk olaraq onu qeyd etmək lazımdır ki, Azərbaycan Qarabağın erməni sakinlərinə münasibətdə beynəlxalq hüququn bütün müddəalarına uyğun şəkildə davranıb. Onlara reinteqrasiya planı təqdim olunub, təhlükəsizlik və mədəni muxtariyyət hüququ təsbit edilib. Könüllü şəkildə bölgəni tərk etmək istəyən erməni sakinlərə isə müvafiq şərait yaradılıb. Digər yandan, 1990-cı illərdə erməni vandallarının məscid və digər dini-tarixi abidələrimizə qarşı törətdiyi vəhşiliklərdən fərqli olaraq, rəsmi Bakı istər alban, istərdə də erməni dini abidələrinə qarşı heç bir dağıdıcı təsir göstərməyib.

Xəzər dənizinin çirkləndirilməsinə gəlincə, bu tendensiyadan ən çox narahat olan ölkə məhz Azərbaycandır. Ölkəmiz bütün ekoloji konvensiyalara üzvdür və Xəzər dənizində ekoloji durumun yaxşılaşdırılması, onun qurumasının qarşısını almaq üçün bir sıra layihələr həyata keçirir. Bu yalançı tezislər Qərb mediasının son günlər ölkəmiz barədə yazdığı iftiralarla səsləşir. Sanki İran və Qərb hakim dairələri birləşərək anti-Azərbaycan isteriyası yaratmağı qarşısına məqsəd qoyub. Baş verənlər rəsmi Tehranın bəzi hakimiyyət üzvlərinin Azərbaycanla münasibətlərdə nizamlamaya qarşı olduqlarını göstərir. Həmin qüvvələrin Qərbdəki anti-Azərbaycan qüvvələri ilə ittifaqda olduğu və vahid mərkəzdən ölkəmizə qarşı koordinasiyalı iş apardığı aşkardır. Sivil dünyadan təcrid durumunda olan, sanksiyalar altında əzilən və siyasi dayanıqlılığı sual altında olan İranın bu ritorikası qəbul edilən deyil və əksinə, onun ziyanına işləyir.  

Azərbaycan COP29 tədbirini uğurla icra edəcək və hər zamankı kimi proseslərdən üzüağ çıxacaq.

Qərbdəki anti-Azərbaycan qüvvələrlə əl-ələ verən İran isə yenə uduzan tərəf olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5577
avatar

Oxşar yazılar