Həkimlər təkid edirlər: Putin yaxın zamanda  “bıçaq altına” düşməyə  məcburdur
02 may 2022 11:22 (UTC +04:00)

Həkimlər təkid edirlər: Putin yaxın zamanda “bıçaq altına” düşməyə məcburdur

Yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putin “bıçağın altına” girmək məcburiyyətində qalacaq, onu cərrahi müdaxilə gözləyir.

Lent.az bildirir ki, “The Sun”un xəbərinə görə, həkimlər cərrahi müalicədə israrlıdırlar.

Britaniya nəşrinin materialında deyilir ki, Putində Parkinson xəstəliyi və şizoaffektiv pozğunluq var. Uzun müddət bərpa olunarsa, hakimiyyət bir müddət Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə keçəcək.

70 yaşlı Patruşev Ukrayna üzrə hərbi strategiyasının əsas memarı və Putini müharibəyə razı salan şəxs hesab olunur.

Putinin xəstəxanaya dəqiq nə vaxt aparılacağı bəlli deyil, lakin bu, mayın 9-dan əvvəl “Qırmızı Meydan”da parad keçirmək niyyətində olması səbəbindən mümkün deyil.


 

# 2382
avatar

Oxşar yazılar