Həbsxanada Nobel qazandı: Mükafatı  övladları aldı
11 dekabr 2023 16:16 (UTC +04:00)

Həbsxanada Nobel qazandı: Mükafatı övladları aldı

2023-cü il Nobel Sülh Mükafatı Norveçdə keçirilən mərasimdə təqdim edilib. 

Lent.az-ın xarici mediaya istinadla bildirdiyinə görə, Narges Mohammadi həbsdə olduğu üçün mükafat övladları Kiana və Əli Rəhmaniyə verilib.

Nobel Sülh Mükafatı bu gün Norveçin paytaxtı Osloda keçirilən mərasimdə təqdim edilib. Keçən oktyabr ayında “İranda qadınların zülmünə qarşı insan hüquq və azadlıqları” uğrunda mübarizəsinə görə mükafatı qazandığı açıqlanan Narges Mohammadi Oslo meriyasında keçirilən mərasimdə iştirak edə bilməyib.

İranda 13 dəfə həbs edilən, 5 dəfə mühakimə olunan, 31 il həbs cəzası alan və hazırda həbsdə olan Mohammadinin yerinə Nobel medalı, Nobel diplomu və 11 milyon İsveç kronunun çeki övladları Kiana və Əli Rəhmaniyə verilib. 

Mərasimdə həbsxanada olan anasının yazdığı məktubu oxuyan Kiana Rəhmani “İran xalqı zülm və avtoritarizmə qətiyyətlə qalib gələcək. "Səhv etməyin, bu, qətidir" deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3972
avatar

Oxşar yazılar