“The New York Times” qəzetində New York Times-ın müxbiri Hanna Beech tərəfindən “Zəhərlənmiş cənnət Paris Olimpiya oyunlarında sörfinqə ev sahibliyi edir” adlı məqaləsi dərc olunub.
Fransız Polineziyasında keçirilmiş nüvə sınaqları regionda yaşayan insanlar üçün ciddi sağlamlıq problemlərinə səbəb olub.
Fransa 1966-1996-cı illər arasında Fransız Polineziyasında 193 nüvə sınağı həyata keçirib. Bu sınaqlar Mururoa və Fangataufa atollarında keçirilib və yerli sakinlər üçün ciddi təhlükələr yaradıb. Sınaqların təsiri yalnız birbaşa partlayış anında deyil, həm də uzunmüddətli radiasiya təsiri ilə özünü göstərib.
Teahupoo icması Fransız Polineziyasının digər bölgələrində olduğu kimi, nüvə sınaqlarının ağır nəticələrini yaşayıb. Radiasiyaya məruz qalma, burada yaşayan insanlar arasında ciddi sağlamlıq problemlərinə səbəb olub.
Radiasiya səbəbindən xərçəng xəstəliyinin yüksək dərəcələri müşahidə olunub. Teahupoo sakinləri arasında tiroid, leykoz və digər xərçəng növlərinin artdığı qeyd olunub. Fransız hökumətinin açıqlamalarına görə, radiasiyaya məruz qalan insanların xərçəng riskinin yüksək olduğu təsdiqlənib.
Radiasiyanın təsiri yalnız xərçənglə məhdudlaşmır. Sakinlər arasında doğum qüsurları, dəri problemləri, nəfəs alma çətinlikləri və digər xəstəliklər də yayılıb. Bu sağlamlıq problemləri nüvə sınaqlarının uzunmüddətli təsirlərinin nəticəsidir.
Teahupoo icması, nüvə sınaqlarının təsirlərini ən çox yaşayan bölgələrdən biridir. Burada yaşayan insanlar, radiasiyanın səbəb olduğu sağlamlıq problemləri ilə mübarizə aparmış və bu problemlərin nəsildən-nəslə keçdiyini görüblər.
Sağlamlıq problemləri icmanın sosial və iqtisadi vəziyyətinə də ciddi təsir göstərib. İş qabiliyyətinin azalması, tibbi xərclərin artması və əhali arasında psixoloji travmaların yayılması, icmanın həyat keyfiyyətini aşağı salıb.
Bu gün Fransa 2024-cü il Olimpiya oyunları çərçivəsində Tahiti adasında sörfinq yarışlarına ev sahibliyi edir. Bu, bölgənin gözəlliyini və idman potensialını ön plana çıxarsa da, radiasiyaya məruz qalmanın ağrılı tarixini unutmaq olmaz. Bölgə hələ də nüvə sınaqlarının izlərini daşıyır və bu tarix, sakinlər üçün bir travma olaraq qalır.
Fransız Polineziyasında keçirilmiş nüvə sınaqları Teahupoo icması da daxil olmaqla yerli sakinlər üçün ciddi sağlamlıq problemlərinə və sosial-iqtisadi çətinliklərə səbəb olub. Xərçəng xəstəliyinin yüksək dərəcələri və digər sağlamlıq problemləri, radiasiyaya məruz qalmanın uzunmüddətli təsirlərini göstərir. Bu gün Fransa Olimpiya oyunlarında bölgədə sörfinq yarışlarına ev sahibliyi etsə də, bölgənin ağrılı tarixini unutmamaq və bu tarixdən dərs çıxarmaq vacibdir.
"The New York Times"da dərc olunmuş məqalədə vurğulanır ki, Fransa hökuməti tərəfindən tarixən nüvə sınaqları ilə bağlı əhalinin sağlamlıq risklərini necə azaltdığı əks etdirilir.
1974-cü ilin iyulunda yüksək radiasiya dərəcəsi ilə nəticələnən nüvə sınaqlarının aparılmasından 50 il keçsə də, Teahupoo icması hələ də nüvə sınaqlarının ağır nəticələri ilə mübarizə aparır. Bu gün Fransa Olimpiya oyunlarında sörfinq yarışlarına ev sahibliyi etməsinə baxmayaraq, bölgə radiasiyaya məruz qalmasının ağrılı tarixinin izlərini daşıyır.
Məqalədə xərçəng xəstəliyinin yüksək dərəcələri də daxil olmaqla, nüvə sınaqları səbəbindən yerli sakinlərin üzləşdiyi sağlamlıq problemlərinin və onun mənfi nəticələri təfərrüatlı qeyd olunub. Ərazidə radiasiyanın yayılmasına məsuliyyət daşıyan Fransa hökuməti tərəfindən əhaliyə vəd edilmiş təzminatın verilməsinə bürokratik əngəllər yaradıldığı və əhalinin hələ də təzminat əldə etməsi üçün müabarizə apardığı vurğulanır.
Yerli bələdiyyələrin başçılarından biri Roniu Tupana Poareunun fikirlərinə əsasən, Fransa Olimpiya sörfinqinə ev sahibliyi etməsi Teahupoo üçün bir tərəfdən qürur hissi olmaqla yanaşı, digər tərəfdən Fransaya qarşı olan kin-küdurət və nüvə sınaqlarının verdiyi ağrılar ilə mübarizəni əks etdirir.
Onilliklər boyu Fransanın laqeyd yanaşmasından sonra 2010-cu ildə Fransa hökuməti nüvə sınaqlarının zərərli nəticələrini qəbul edərək təzminat ödənilməsi prosesinə başlayıb. Bununla belə, bürokratik proses xəstəliklərinin tanınması üçün müraciət edənlərə lazımi dəstəyi göstərilməməsi onların məyusluğuna səbəb olur.
Belə ki, ilk illərdə yalnız 11 qurbanın ərizəsi təsdiqlənir. Nazarılıqlardan sonra 2023-cü ildə ancaq 108 nəfərə rəsmi zərərçəkən statusu verilir, Lakin bu, hələ də radiasiyanın təsisirnə məruz qalanların yalnız bir hissəsi idi. Polineziya rəsmiləri təxminən 10000 insanın yüksək nüvə radiasiyasına məruz qaldığı fikrini irəli sürürlər. Lakin tədqiqatçılar isə təxminən 110000 nəfərin birbaşa təsirləndiyini, 1970-ci illərdə əhalinin təxminən 90 faizininin nüvə radiasiyasına məruz qaldığını qeyd edirlər.
Məqalədə Fransa tərəfindən nüvə sınaqları ilə bağlı tarixi hadisələrin necə gizlədildiyi qeyd olunur ki, bu da gənclər arasında keçmiş sınaqların riskləri və təsirləri məlumatın az olmasına səbəb olduğu vurğulanır.
Teahupoo şəhərinini meri xanım Poareunun xərçəng xəstəliyi diaqnozu qoyulmuş bacılarından biri təzminat üçün müraciət edənlər arasında olub. Lakin xanım Poareu bildirib ki, Fransa tərəfindən onun zərərçəkən kimi tanınması onu sağalda bilməz. O, Olimpiya oyunlarının sörfinq yarışının Teahupo'ou-da keçirilməsinə sevinsə də, digər tərəfdən, bəzən ailəsinin çəkdiyi sağlamlıq probleminə görə Fransaya nifrət etdiyini bildirib.
Nüvə sınaqları və onun tarixi təsirlərinin ətraf mühitin deqradasiyasına səbəb olması mühüm məsələ hesab olunub.
Bu da gerçəkdir ki, Olimpiada üçün tikintilərin həyata keçirilməsi mərcan qayalarına və bataqlıq ərazilərə daha çox ziyan vurub.
Fransız Polineziyasının şərq kənarındakı Mururoa və Fangataufa üzərində aparılan sınaqların zərərli təsirləri ilə bağlı araşdırma aparılıb və Fransa Prezidenti Emmanuel Makron 2021-ci ildə əraziyə səfər edərkən, dövlətin 193 nüvə sınağına görə Fransız Polineziyasına “borcu” olduğunu etiraf edib. Polineziya assambleyasının nümayəndəsi Heinui Le Caill, bu hadisələrə məruz qalanların tək Fransız Polineziyası adalarının olmadığını ümümilikdə Sakit okeanda ədalətə ehtiyac olduğunu qeyd edib.
Fransız Polineziyasının prezidenti Moetai Brotherson, ailəsinin dörd üzvünün radiasiyanın səbəb olduğu xəstəliklərdən öldüyünü söyləyib. Bədənindəki radioaktivliyin torpağa süzüləcəyindən qorxduğu üçün babası qurğuşunla örtülmüş tabutda dəfn edildiyini qeyd edib. O bildirib ki, sınaqlar dayandırılsa da, nəticədə insanlar hələ də bu fəsadlardan ölməyə davam edir və Fransa dövləti məsuliyyəti öz üzərinə götürməlidir.
Tavini partiyasının qurucusu və Fransız Polineziyasının keçmiş prezidenti olan Oscar Temaru Fransaya qarşı insanlıq əleyhinə törətdiyi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinə şikayət etmək prosesinə rəhbərlik edib. Və o Fransız Polineziyasını nüvə müstəmləkəçiliyinin qurbanı adlandırır. Bu səbəbdən azadlığın əldə edilməsinin vacibliyini vurğulayıb.