Fələstində erməni nazir  təyinatı bu xalqların Türkiyəyə ortaq nifrətindən qaynaqlanır
30 mart 2024 13:55 (UTC +04:00)

Fələstində erməni nazir təyinatı bu xalqların Türkiyəyə ortaq nifrətindən qaynaqlanır

Xəbər verdiyimiz kimi, Fələstin prezidenti Mahmud Abbas ötən gün yeni hökumətin tərkibini elan etdi.

Fələstinin yeni hökumətinin üzvlərindən biri ermənidir. Varsen Aqabekyan Fələstinin Xarici İşlər və Mühacir İşləri üzrə Dövlət naziri təyin edilib.

Bu təyinat dünyaya hansı mesajları verir?

Fələstin liderinin bu qərarı müsəlman ölkələri, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərinə necə təsir edəcək?

Fələstinin bitməyən erməni sevgisi bu təyinatdan sonra Türkiyə cəmiyyətində necə qarşılanacaq?

Lent.az bu suallara politoloq Yeganə Hacıyeva ilə cavab tapmağa çalışıb.

O qeyd edib ki, erməni və fələstin xalqlarının dostluq tarixi yüzilliklərə dayanır:  

“Ermənilər çar Rusiyası və bəzi xarici oyunçular vasitəsilə Cənubi Qafqaza məhz yaxın Şərqdən köçürülüb gətirilmişdilər. Yaxın Şərqə, yəni gəldikləri torpaqlarda onların dostları oxşar tarixi, mədəni əlaqələri olan məhz fələstinlilər idi. Fərqli dinlərdə olsalar da, bu iki xalqın oxşar milli dəyərləri də var”.

Politoloq qeyd edib ki, Fələstin ənənəvi erməni dostluğunu 44 günlük Vətən müharibəsində bir daha nümayiş etdirdi:

“Xatırlatmaq istərdim ki, 44 günlük Vətən müharibəsi zamanı Fələstinin demək olar ki, hər küçəsində Ermənistanın xeyrinə, onun zəfər çalmasına dəstək vermək üçün ianə qutuları qoyulmuşdu. Fələstinli ərəblər tərəfindən Ermənistana kömək məqsədi ilə bu qutulara atılan pullar onların müsəlman qardaşlarına qarşı yönəlmiş silahların tədarükünə sərf olunurdu. 1990-cı illərdə Yasir Ərəfat Azərbaycan torpaqları işğal olunanda erməni katalikosunun alnından öpmüşdü. Bu katalikos, Yerusəlimdəki erməni kilsəsinin rəhbəri idi və o torpaqların işğalını azadlıq kimi təqdim edib ona “xeyir -dua” verən rəhbəri idi. Bu görüntülər arxivlətdə qalır. Erməni katalikosu ilə öpüşüb görüşən, dünyadakı bütün erməniləri təbrik edən daha bir lider də Mahmud Abbas oldu”.

Y.Hacıyeva vurğulayıb ki, bütün bunlara baxmçayaraq nə Türkiyədə, nə də Azərbaycanda bu barədə danışmağı sevmirlər:

“Baxmayaraq ki, Türkiyə bu reallığı dilə gətirmir, amma fakt budur ki, erməni və fələstin xalqlarının ortaq, onları birləşdirən bir cəhət də Türkiyəyə olan nifrətdir. Bu onları birləşdirən ortaq nöqtələrdən biridir. Buna baxmayaraq Türkiyə bəzən ən yaxın strateji tərəfdaşları ilə münasibətlərini korlamaq bahasına olsa belə, Fələstini həmişə dəstəkləyir. Ümumiyyəylə bütün dünyada Qəzza zolağında baş verən hadisələri ilk gündəmə gətirən, fələstinlilərin müdafiəsinə qalxan böyük qüvvə də məhz Türkiyə oldu.

İstər ABŞ, istər digərləri Fələstini bütün dünyadakı, xüsusi ilə də Yaxın Şərqdəki resurslarla bol müsəlman ölkələri ilə münasibətlərini korlamamaq üçün Fələstini müdafiə etməyə başladılar.

Burada ayrı bir məqsəd həm də Fələsrinin müdafiəsi üzərindən Türkiyənin müsəlman dünyası üçün birləşdirici ölkə olması ilə, nüfuzunun artmasını önləməkdir. Fələstin hakimiyyətinin erməni xanımı nazir təyin etməsi ortaq tarixi coğrafi bünövrədən və  Türkiyəyə nifrətdən qaynaqlanır”.

Politoloq deyir ki, bu haqda danışmamağımız erməni və fələstin xalqlarının ənənəvi dostluğu reallığını dəyişmir.

Bəs bu təyinat niyə indi baş tutdu? Bu sualın bir neçə cavabı var:

"Mühafizəkar müsəlman ölkəsində xristian qadının XİN başçısı seçilməsini Fələstin üçün uğur kimi təqdim etməyin özü yanlışdır. Ermənistan mətbuatı və Rusiyadakı bəzi ermənipərəst media bunu uğur kimi işıqlandırır. Erməni XİN başçısının ABŞ və Avropada geniş əlaqələrinin olduğu deyilir. Amma bu geniş əlaqələrin özü Fələstinin əleyhinə işləyir. Fələstin icmasının anti-Türkiyə anti-Qərb açıqlamalarına baxmaq kifayətdir ki, onların dünya, xüsusən Türkiyə barədə düşüncələrindən agah olasan.

Bu təyinat hazırda müsəlman dünyasına və Türkiyəyə hücumun təşkil edildiyi bir vaxtda qlobal trendin bir hissəsidir. Bu isə Fələsətinə yaxşı heç nə vəd eləmir.

Paralel olaraq, Qəzza məsələsində Fələstinə Türkiyə ilə sinxron dəstək yanaşmasında kənarlaşmalar olacaq.

Ən yeni tarixdə müsəlman birliyinin döyünən ürəyi, yaralı yeri kimi Fələstin önə çəkilir və bu birləşdirici faktordur.

Dünya müsəlmanları Ramazan ayında öz ianələrini Qəzzaya yönləndirməyi düşünürdülər. Belə bir vaxtda konservativ müsəlman ölkəsində xristian nazir təyin edilməsi müsəlman birliyinin sındırılmasına yönəlmiş məkrli planın bir hissəsidir.

Amma onu da qeyd etmək lazımdır ki, burada əsas rolu Fələstin özü oynayır. Bu addımı o özü atdı".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7917
avatar

Oxşar yazılar