Ermənistanla sülh müqaviləsi üçün Azərbaycanın ƏSAS ŞƏRTİ
18 mart 2025 15:35 (UTC +04:00)

Ermənistanla sülh müqaviləsi üçün Azərbaycanın ƏSAS ŞƏRTİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib.

“Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq", - XİN sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar