Ermənistanda valideynlər övladlarının meyitini özləri TAPIB BASDIRIR
21 sentyabr 2022 13:50 (UTC +04:00)

Ermənistanda valideynlər övladlarının meyitini özləri TAPIB BASDIRIR

Xəbər verdiyimiz kimi, Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycanın Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. 

Lent.az "Azadlıq radiosu"na istinadən xəbər verir ki, Ermənistanda ölən, və ya itkin düşən hərbçilərin adlarının hələ də açıqlanmaması cəmiyyətdə kəskin etirazlar yaradıb. 

Bildirilir ki, erməni ailələr 1 həftədir həlak olmuş, və ya itkin düşmüş övladlarını axtarırlar. İtkin düşmüş əsgərlərin yaxınlarının sözlərinə görə, nə varlıqlarından, nə də öldüklərindən bir xəbər var.

N. Paşinyanın son çıxışında dediyinə görə, rəsmi məlumatları hər tərəfli yoxladıqdan və ölən hərbçinin kimliyinə əmin olduqdan sonra dərc etmək lazımdır. 

Buna görə də, Ermənistan MN-i təkcə son günlər həlak olmuş snayper qadınların adlarını açıqlayıb.

Hüquq müdafiəçisi Janna Aleksanyan qeyd edir ki, erməni hökumətinin həmin hərbçilərin adlarının açıqlanmamasında məqsədi itkilərin miqyasının böyük olmasıdır. Adlar açıqlansa, etirazlar kifayət qədər baş qaldıracaq. 

Bundan başqa, övladlarının meyitini tapıb dəfn edən onlarla ailə var. 

Qeyd edək ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcəyini bildirib. 

Ermənistanda ailələr ölmüş və ya itkin düşmüş övladlarını axtarır

# 3402
avatar

Nigar Namiq

Oxşar yazılar

Kler Fransisk, britaniyalı səyyah

Səyyah: İstisunu gördüm, vanna qəbul etmək istərdim

5 fevral 2023 , 12:10
Beynəlxalq səyyahların Kəlbəcərə səfəri

Beynəlxalq səyyahlar Kəlbəcərdə İstisuda olublar-FOTO

5 fevral 2023 , 10:19
“Terrorçuya “ruhi xəstə” adını İranı idarə edən ruhi xəstələr verib” – DEPUTAT DANIŞDI

“Terrorçuya “ruhi xəstə” adını İranı idarə edən ruhi xəstələr verib” – DEPUTAT DANIŞDI

3 fevral 2023 , 18:09
Zakir Həsənov Hulusi Akarla təlimi izlədi - FOTO

Zakir Həsənov Hulusi Akarla təlimi izlədi - FOTO

2 fevral 2023 , 17:28
İranın Moskavadakı ŞEYTAN YUVASI:  Bu casus şəbəkəsi də dağılmalıdır

İranın Moskavadakı ŞEYTAN YUVASI: Bu casus şəbəkəsi də dağılmalıdır

2 fevral 2023 , 16:02
"Xüms" adı ilə yığılan pullar, İranın saxta xeyriyyəçiliyi

"Xüms" adı ilə yığılan pullar, İranın saxta xeyriyyəçiliyi

2 fevral 2023 , 14:45
Mixail Saakaşvilinin VƏSİYYƏTİ: “Məni  Ukraynada dəfn edin”

Mixail Saakaşvilinin VƏSİYYƏTİ: “Məni Ukraynada dəfn edin”

2 fevral 2023 , 00:02
Amerikalı polkovnikdən Ukrayna ilə bağlı  BƏDBİN PROQNOZ

Amerikalı polkovnikdən Ukrayna ilə bağlı BƏDBİN PROQNOZ

1 fevral 2023 , 17:45