Şıxəliyev Şəmsi
06 oktyabr 2022 12:05 (UTC +04:00)

Şıxəliyev Şəmsi

Erməni əsirliyində olan azərbaycanlı vəfat etdi

28.08.1993-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış əsir Şıxəliyev Şəmsi Canəhməd oğlu vəfat edib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Şəmsi Şıxəliyev uzun müddət xəstəlikdən əziyyət çəkib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya faktı təsdiqləyiblər.

Həmin hadisələrin şahidi olmaqla 28.08.1993-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.

# 3309
avatar

Oxşar yazılar