VI çağırış Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev namizədliyini irəli sürəcəyi seçki dairəsini dəqiqləşdirib.
Lent.az xəbər verir ki, deputat Elşən Musayev bildirib ki, o,116 saylı Qəbələ seçki dairəsindən namizəd olacaq.
“Bəli, hansı dairədən namizədliyimi verməyimlə bağlı qərarımı dəqiqləşdirdim. Həmin dairə 116 saylı Qəbələ seçki dairəsi olacaq”,- Elşən Musayev vurğulayıb.
Yeni Azərbaycan Partiyasının 116 saylı Qəbələ seçki dairəsindən namizədi Ədilə Tağıyevadır.
Qeyd edək ki, Elşən Musayev bundan əvvəlki seçkilərdə 112 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdi. (Modern.az)