Britaniya Rusiyaya hücuma  hazırlaşır – Tarix AÇIQLANDI
05 dekabr 2024 17:36 (UTC +04:00)

Britaniya Rusiyaya hücuma hazırlaşır – Tarix AÇIQLANDI

Qərbdə Ukraynanın Rusiya ilə müharibəni uduzacağı və prezident Vladimir Putinin yaxın illərdə Şərqi Avropaya hücum edə biləcəyi ilə bağlı qorxular artır. 

Lent.az-ın məlumatına görə, “The Times” qəzeti yazır ki, hərbi rəhbərlərin fikrincə, Böyük Britaniya 2027-ci ildə silahlı münaqişəyə hazır olmalıdır. 

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının müavini vəzifəsində çalışmış general ser Ceyms Everard hesab edir ki, Rusiya NATO ilə müharibəyə başlayarsa, Putin NATO müdafiəsini gücləndirməmiş 2027-ci ilə qədər zərbə endirməkdən faydalanacaq. Onun sözlərinə görə, ordular döyüş gücünü qoruyub saxlaya bilməlidir, çünki “kiçik ordular silahlı münaqişənin ilkin mərhələsində məhv edilir”.

Eyni zamanda Böyük Britaniyanın Veteranlarla iş üzrə naziri Alister Karns xəbərdarlıq edib ki, Britaniya ordusu Rusiya kimi düşmənlə böyük münaqişəyə girərsə, bir ildən çox olmayan müddətdə bütün Britaniya ordusu məhv edilə bilər.

“Ukraynadakı kimi genişmiqyaslı müharibə baş verərsə, lakin məhdud müdaxilə halında deyil, ordumuzun gücü, məsələn, indiki itki nisbətində tükənəcək... altı aydan bir ilədək müddətə”, - o qeyd edib.

Britaniya Silahlı Qüvvələrinin rəhbəri, admiral Toni Radakin Birləşmiş Krallıq Kral Müdafiə Araşdırmaları İnstitutunda illik mühazirədə çıxış edərək, nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib və əlavə edib ki, hazırda təhlükəsizlik üçün “nəzarət edən amillər” yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2232
avatar

Oxşar yazılar