BBC-nin Azərbaycan nümayəndəliyinin ölkədə fəaliyyəti qanunsuzdir
29 oktyabr 2025 20:46 (UTC +04:00)

BBC-nin Azərbaycan nümayəndəliyinin ölkədə fəaliyyəti qanunsuzdir

0

Azərbaycanda fəaliyyəti dayandırılmış BBC-nin keçmiş nümayəndəliyinin əməkdaşlarının ölkə ərazisində yenə də jurnalist fəaliyyətini davam etdirməsi, hətta müxtəlif qurumlara sorğular ünvanlaması, araşdırmalar aparması barədə məlumatlar var.

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Media haqqında” Qanuna görə Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda açılır.

"Əgər hər hansı xarici media subyektinin nümayəndəliyi belə müqavilə olmadan media fəaliyyəti həyata keçirərsə, bu hal həmin nümayəndəliyin ləğvi üçün əsas təşkil edir.

Eyni zamanda, xarici media nümayəndələri Azərbaycanda fəaliyyət göstərə bilmək üçün müvafiq orqanda akkreditasiyadan keçməlidirlər.

BBC nümayəndəliyinin fəaliyyətinə münasibətdə qeyd etməliyik ki, həmin subyektin Azərbaycanda fəaliyyət göstərməsini nəzərdə tutan hər hansı beynəlxalq müqavilə mövcud olmadığından aidiyyəti orqanlar tərəfindən nümayəndəlik ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış, həmçinin onun əməkdaşlarının akkreditasiyası ləğv olunmuşdur. Bu isə o deməkdir ki, hazırda BBC nümayəndəliyinin Azərbaycanda fəaliyyətinin heç bir hüquqi əsası mövcud deyil, nəticə etibarı ilə, milli qanunvericiliyə əsasən müvafiq nümayəndəlik media subyekti hesab edilmədiyindən və onun əməkdaşlarının akkreditasiyası mövcud olmadığından həmin şəxslər tərəfindən bu sahədə fəaliyyət göstərilməsi ciddi hüquq pozuntusu olmaqla, bu fəaliyyətin yönəldiyi fiziki və hüquqi şəxslər, qurumlar üçün hər hansı öhdəlik yaratmır, əksinə həmin strukturlara qanunsuz fəaliyyətin dayandırılmasını tələb etmək hüququ verir" agentliyin cavabında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar