Nensi Pelosi
18 sentyabr 2022 16:28 (UTC +04:00)

Nensi Pelosi

Azərbaycan XİN-dən Pelosinin Ermənistandakı açıqlamalarına SƏRT CAVAB

18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz ittihamları qəbuledilməzdir.

Azərbaycan Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu ilin 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insident Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribat idi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısı alınıb və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması təmin edilib. Hal-hazırda atəşkəs rejimi təmin olunur və vəziyyətin gərgonləşməsinin qarşısı alınıb. Bölgədə vəziyyətin bu şəkildə gərginləşdirilməsi və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ümumiyyətlə, N.Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür N.Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir.

Təəssüflə vurğulayırıq ki, ədalətdən danışan N. Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib.

N.Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir. Bu, Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir.

Bu kimi birtərfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir.

# 4071
avatar

Oxşar yazılar

Saakaşvilidə  10 xəstəlik   aşkarlandı və…

Saakaşvilidə 10 xəstəlik aşkarlandı və…

1 dekabr 2022 , 12:39
Ermənistanın sentyabr döyüşlərində  233 hərbçisi məhv edilib   – SON STATİSTİKA

Ermənistanın sentyabr döyüşlərində 233 hərbçisi məhv edilib – SON STATİSTİKA

30 noyabr 2022 , 22:38
Ermənilər Kəlbəcəri  atəşə tutdu

Ermənilər Kəlbəcəri atəşə tutdu

30 noyabr 2022 , 20:35
Ermənilər Şuşa və Ağdamı atəşə tutdu

Ermənilər Şuşa və Ağdamı atəşə tutdu

30 noyabr 2022 , 17:07
İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verildi - SƏRƏNCAM

İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verildi - SƏRƏNCAM

30 noyabr 2022 , 16:45
Prezident Vüqar Rəhimzadəyə orden verdi

Prezident Vüqar Rəhimzadəyə orden verdi

30 noyabr 2022 , 16:41
Kəlbəcər, Laçın və Ağdam atəşə tutuldu

Kəlbəcər, Laçın və Ağdam atəşə tutuldu

30 noyabr 2022 , 09:07
Ermənilər səhərə qədər 6 rayonumuzu atəşə tutub

Ermənilər səhərə qədər 6 rayonumuzu atəşə tutub

29 noyabr 2022 , 10:56