Azərbaycan, Türkiyə və İran intensiv müzakirələr aparacaqlar
Lent.az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib.
O qeyd edib ki, İranın Urmiya şəhərindəki görüşdə qəbul edilən bəyannamədə üçtərəfli iqtisadi komitənin yaradılacağı açıqlanıb. İqtisadi komitə iqtisadiyyatın bütün sahələri ilə bağlı ciddi fəaliyyət göstərəcək. Səfir Azərbaycan, Türkiyə və İran arasında konsulluq komitəsinin də yaradılacağını diqqətə çatdırıb. Bəhrami bildirib ki, konsulluq komitəsi üç ölkə arasında gediş-gəlişin asanlaşdırılması, sərbəstləşdirilməsi istiqamətində fəaliyyət göstərəcək, eyni zamanda, terrorçuluq, qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində hər üç ölkənin təhlükəsizlik orqanlarının əməkdaşlığı da Urmiya bəyannaməsində nəzərdə tutulub.
Hər üç ölkənin xarici işlər nazirləri beynəlxalq və regional problemlərin həlli istiqamətində intensiv və davamlı müzakirələr də aparacaqlar. İran səfiri onu da bildirib ki, Urmiya bəyannaməsində hər bir ölkənin dinc məqsədlə nüvə enerjisindən istifadə hüququ tanınır. O cümlədən, ölkələrin ərazi bütövlüyünün qorunmasının əhəmiyyəti vurğulanır.
Ramiz MİKAYILOĞLU

Oxşar yazılar

Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13