
Əli Nağıyevin səfir kimi səlahiyyət müddəti başa çatıb
0
0
APA-nın məlumatına görə, səfir diplomatik missiyasının başa çatması münasibətilə bu gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Prezident səfir Əli Nağıyevin iki ölkə arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək dəyərləndirib: “Azərbaycan səfiri qismində Belarusda olduğunuz müddət iqtisadi-ticarət münasibətlərinin qurulması, birgə müəssisələrin yaradılması baxımından çox məhsuldar olub”.
Xatırladaq ki, Azərbaycanla Belarus arasında diplomatik münasibətlər 1993-cü ildən qurulub. 2006-cı ildə Bakı və Minskdə hər iki ölkənin səfirlikləri açılıb.
Xatırladaq ki, Azərbaycanla Belarus arasında diplomatik münasibətlər 1993-cü ildən qurulub. 2006-cı ildə Bakı və Minskdə hər iki ölkənin səfirlikləri açılıb.
0
0