Səfir Vilayət Quliyev macar mediasının rəhbərləri ilə görüşüb
Səfirlikdən Lent.az-a verilən məlumata görə, tədbirlərin məqsədi macar mətbuatının diqqətinin müstəqillik dövründə yeni dövlət quruculuğu sahəsində respublikamızda qazanılmış uğurlara, iqtisadiyyat və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlərə yönəltməkdir.
Səfir Vilayət Quliyevin aprelin 18-də Macarıstanın aparıcı qəzetlərinin rəhbərliyi və beynəlxalq məsələlərə cavabdeh jurnalistləri ilə keçirdiyi görüşdə də bu məsələlər ətrafında geniş müzakirələr aparılıb. Görüşdə ölkənin “Nepsabadşaq”, “Macar nemzet”, “Macar hirlap”, “Nepsava”, “Diplomat” kimi populyar və aparıcı mətbuat orqanlarının mümayəndələri iştirak ediblər.
Görüş zamanı səfir V.Quliyev macar jurnalistlərinə Azərbaycanın müstəqillik tarixi, ölkədə gedən ictimai-siyasi proseslər, aparılan islahatlar, respublikamızın regionda və beynəlxalq aləmdəki mövqeyi barədə ətraflı məlumat verib. Səfir Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilər, qaçqınlar problemi və işğalçı ölkənin qeyri-konstruktiv siyasəti nəticəsində indiyə qədər nəticə verməyən sülh danışıqlarından da ətraflı bəhs edib. Görüş zamanı jurnalistləri maraqlandıran çoxsaylı suallara cavab verilib.
Macar mediasının nümayəndələri Azərbaycanın müvafiq qurumları və mətbuat orqanları ilə əməkdaşlıq şəraitində respublikamıza gəlməyə, dövlət və hökumət nümayəndələri ilə müsahibələr təşkil etməyə, ölkəmizin və insanlarımızın həyatını obyektiv şəkildə işıqlandırmağa hazır olduqlarını bildiriblər. Bu istiqamətdə işlərin davam etdirilməsi, belə görüşlərin bundan sonra da mütəmadi şəkildə keçirilməsi qərara alınıb.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53