Metyu Brayza: “Barəmdə yazılanlar düzgün deyil”
Bunu APA-ya açıqlamasında Metyu Brayza ABŞ-dakı erməni diasporunun onun Azərbaycanda səfir təyin olunmasına qarşı növbəti kampaniyaya başlayacağı barədə erməni mətbuatının yaydığı məlumatlara münasibət bildirərkən deyib. Səfir erməni diaspor nümayəndələrinin onun barəsində səsləndirdiyi fikirlərin yanlış olduğunu da bildirib. “Mənim barəmdə yazılanlar düzgün deyil. Amma hər adamın öz mövqeyini bildirmək haqqı var”.
Azərbaycana səfir təyin olunması ilə bağlı ABŞ Senatında dinləmələrin nə zaman keçiriləcəyi barədə suala cavabında isə M. Brayza bu barədə məlumatı olmadığını deyib: “Mənim üçün əsas odur ki, orda çıxış etmək və özümü müdafiə etmək imkanım var”.
Xatırladaq ki, 2010-cu il dekabrın 30-da ABŞ prezidenti Barak Obama Konqresin tətildə olduğu bir vaxtda səlahiyyətlərindən istifadə edərək Azərbaycan da daxil olmaqla 6 ölkəyə səfir təyin edib. Prezidentin sərəncamına əsasən, səfirlər Senatın təsdiqinə ehtiyac qalmadan vəzifələrinin icrasına başlaya bilirlər. Lakin Senat Konqresin növbəti sessiyasının sonuna qədər (2011-ci ilin noyabr-dekabr ayları) səfirləri təsdiqləməsə, prezidentin sərəncamı qüvvəsini itirəcək.
M. Brayza fevralın 17-də etimadnaməsini Azərbaycan prezidentinə təqdim edərək səfir kimi vəzifəsinin icrasına başlayıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29