Parlamentdə Brayzaya “ermənipərəst” dedilər
Milli Məclisin (MM) bu gün keçirilən iclasında millət vəkilləri Azərbaycanın işğal altında olan Xankəndi şəhərində aeroportun açılması və ora aviareyslərin təşkil olunması məsələsinə münasibət bildiriblər.
APA-nın xəbərinə görə, millət vəkili Azay Quliyev deyib ki, Azərbaycan tərəfi ermənilərin bu addımına adekvat cavab versə də, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın bununla bağlı mövqeyi adekvat olmayıb: “Əksinə, səfir açıqlamalarında Azərbaycan təyyarələrinin Naxçıvana uçuşları ilə Ermənistandan işğal altında olan ərazilərə uçuşlar arasında paralel aparmağa cəhd edib. ABŞ administrasiyasının nümayəndələri öz açıqlamalarında bu kimi yanlışlıqlara yol verməməlidirlər”.
Millət vəkili Elman Məmmədov isə deyib ki, bu aeroport əslində Xankəndi şəhərində deyil, işğal altındakı digər ərazidə - Xocalıda yerləşir: “Ermənilər Xocalıdakı mövcud aeroportu genişləndirərək onu beynəlxalq səviyyəli aeroport kimi təqdim etmək istəyirlər”.
Deputat Fəzail Ağamalı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı ermənipərəst mövqe tutmaqda ittiham edib: “O, hələ də ermənipərəst mundirini əynindən çıxarmayıb. Hesab edirəm ki, Metyu Brayza öz açıqlamalarına diqqət yetirməlidir”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29