Əbülfəs Qarayev: “UNESCO-nun faktaraşdırıcı missiyasının Azərbaycana gəlməsi qeyri-mümkündür”
Çünki bu, qarşılıqlı anlaşma əsasında həyata keçirilməlidir. Qarşılıqlı anlaşma olmadığına görə də araşdırıcı komissiyanın Azərbaycana gəlməsi qeyri-mümkündür”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO-nun faktaraşdırıcı missiyasının uzun müddətdir nəzərdə tutulan səfərinin hələ də həyata keçirilməməsi məsələsinə münasibət bildirərkən deyib.
Nazir bu məsələdə Azərbaycan tərəfinin tələblərini də açıqlayıb: “Bizim tələbimiz ondan ibarətdir ki, araşdırıcı komissiya mədəni irsin vəziyyətini öyrənmək istəyirsə, işğal olunmuş torpaqlarımızla yanaşı, Ermənistan və Azərbaycana eyni zamanda gəlməli və bütün vəziyyəti təhlil etməlidir. İkinci şərtimiz odur ki, Dağlıq Qarabağ sərhədlərini keçərkən bu missiya ora Azərbaycan tərəfindən keçməlidir. Qalan şeylərə, lazımi sənədləri təqdim etməyə, real vəziyyətimizi göstərməyə və həqiqətin bizim tərəfimizdə olmasını sübut etməyə hazırıq”.
Ə.Qarayev Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bu kimi çoxsaylı suallara cavab olacağını da deyib.
Xəyalə Muradlı

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29