Əbülfəs Qarayev çexiyalı həmkarı ilə görüşdü
07 aprel 2011 15:29 (UTC +04:00)

Əbülfəs Qarayev çexiyalı həmkarı ilə görüşdü

Lent.az-ın məlumatına görə, nazir çexiyalı həmkarını salamlayaraq onu burada görməkdən məmnun olduğunu deyib: “Sizin burada olmağınız bizim üçün fəxrdir. Hesab edirik ki, sizin səfərinizdən sonra Azərbaycanla Çexiya arasında münasibətlər davam edəcək və səfirliyimiz də bu münasibətlərin genişlənməsində vacib rol olacaq”.

Əbülfəs Qarayev iki ölkə arasındakı münasibətlərin davamlı olması üçün əməkdaşlıq protokolunun imzalanmasını da zəruri hesab edib. Eyni zamanda əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcək sənədlərin hazırlanmasının vacibliyini qeyd edib.

Besser isə öz növbəsində bu forumun keçirilməsini yüksək qiymətləndirib. Çexiyanın Azərbaycanla daha geniş səviyyəli əlaqələrin qurulmasında maraqlı olduğunu deyən nazir Çexiya prezidentinin bu məqsədlə yaxın zamanlarda Azərbaycana səfər edəcəyini deyib.

Görüş mətbuat işçilərinin iştirakı olmadan davam edib.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar