Millət vəkili Qənirə Paşayeva və Şəhid Anaları Cəmiyyətinin sədri Yaponiya səfiri ilə görüşüblər
Lent.az-ın məlumatına görə, Yaponiyada baş vermiş məlum təbii fəlakət və fəlakətin doğurduğu nəticələrlə bağlı öz üzüntülərini çatdıran xanım qonaqlar, səfirin timsalında yapon xalqına başsağlığı diləklərini yetiriblər.
Millət vəkili Qənirə Paşayeva yapon xalqının yaşadığı üzüntünün, keçirdiyi hisslərin Azərbaycan insanına yaxşı tanış olduğunu vurğulayaraq, yaşayış yerlərindən məcburi köçürülmüş ailələrin, əzizlərini, ev-eşiyini itirmiş, məhrumiyyətlərə düçar olmuş insanların dərdinin respublikamızın hər bir vətəndaşında dərin kədər hissi yaratdığını bildirib. O qeyd edib ki, hər nə qədər təbii fəlakət səbəbindən olsa da, Yaponiyada yaşanan faciələr, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını işğalı nəticəsində son 20 il ərzində Azərbaycanda yaşanan faciələri bir daha göz önünə gətirir. İstər təbii fəlakət nəticəsində, istərsə də düşmən tərəfindən törədilmiş olsun, insan ölümü, dağıntı və irimiqyaslı itkilər insanları düşündürür, bir-birinin dərdinə daha dərindən şərik olmağa sövq edir.
Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərovanı da dinləyən səfir bu görüşdən məmnun olduğunu, Azərbaycan dövlətinin və xalqının həssaslığını, yapon xalqına göstərdiyi mənəvi dəstəyi yüksək qiymətləndirdiklərini bir daha ifadə edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində respublikamızın yaşadığı humanitar problemlər barədə geniş məlumatı olduğunu bildirən səfir, xüsusi ilə övladlarını itirmiş anaların, qaçqın və məcburi köçkünlərin hiss-həyəcanını dərindən anladığını, xalqlarımızın və dövlətlərimizin hər zaman haqlı məsələlərdə bir-birlərinə dəstək olduğunu vurğulayıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29