“Azərbaycan vacib geostrateji mövqeyə malikdir”
06 aprel 2011 14:46 (UTC +04:00)

“Azərbaycan vacib geostrateji mövqeyə malikdir”

“Azərbaycan Qafqaz bölgəsində vacib geostrateji mövqeyə malikdir və yeni qlobal geoiqtisadi mühitdə önəmli rol oynayır”. APA-nın yunan ANA-MPA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Bakıda keçirilən Azərbaycan-Yunanıstan biznes-forumunda çıxışında Yunanıstan prezidenti Karolas Papulias deyib. O bildirib ki, biznes-forum ikitərəfli ticarət əlaqələrinin güclənməsinə yardım edəcək.


Biznes-foruma 25-ə yaxın Yunanıstan şirkəti qatılıb. Yunan tərəfi enerji, ətraf mühit, informasiya texnologiyaları, gəmiçilik, tikinti, tibb ləvazimatı istehsalı sahələrində Azərbaycanla əməkdaşlığa maraq göstərir. K. Papulias bildirib ki, bərpa olunan enerji mənbələri və neft emalı ikitərəfli əməkdaşlığın gücləndirilməsi baxımından prioritet sahələrdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar