Ankarada Xocalı soyqırımına abidə inşa olunacaq
Lent.az-ın Bu barədə jurnalistlərə millət vəkili Qənirə Paşayeva məlumat verib. Onun sözlərinə görə, Ankaranın Keçiörən bələdiyyəsinin ərazisində Azərbaycan parkı yaradılacaq. Bu parkda Xocalı soyqırımı əks etdirən abidə də inşa olunacaq. Artıq bu barədə Ankaranın Keçiörən bələdiyyəsi ilə razılığa gəlinib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Qənirə Paşayeva bildirib ki, həmin ərazini hər il minlərlə turist və siyasətçi ziyarət edir.
Qeyd edək ki, martın 29-da Ankaranın Keçiörən bələdiyyəsinin sədri Mustafa Akının da daxil olduğu TÜrkiyə nümayəndə heyəti Quba məzarlığını ziyarət edib. Onları millət vəkilləri Qənirə Paşayeva, Vahid Əhmədov və Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov müşayiət edib. Qonaqlar ilk dəfə belə bir vəhşilik nümunəsilə qarşılaşdıqlarını və gördüklərindən dəhşətə gəldiklərini dilə gətiriblər.
Vəli Turan

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29