Akif Aşırlının “31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” kitabı işıq üzü görüb
Kitab ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edir. Soyqırım tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr kitabda öz əksini tapıb. “Azərbaycan”, “İstiqlal”, “Hümmət” kimi mətbu orqanlarıyla yanaşı ilk dəfə olaraq adı mətbuat tariximizə daxil edilən 1918-ci ildə Tiflisdə nəşr olunan “Qardaş qayğısı” qəzetində çap olunmuş məqalələr ərəb qrafikasından müasir əlifbaya çevrilərək oxuculara çatdırılıb. Bununla yanaşı kitabda əslən Maştağadan olan Seyidağa Axundzadənin 1919-cu ildə “Turan” mətbəəsində çap olunmuş “Mart hadisəsi 1918...” kitabı da ilk dəfə olaraq müasir əlifbada işıq üzü görərək kitaba daxil edilib.
Xatırladaq ki, S.Axundzadənin qələmə aldığı bu kitab mart soyqırımı tarixşünaslığı üçün ilk anadilli mənbə hesab edilə bilər.
“31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” kitabı “Elm və Təhsil” nəşriyyatı tərəfindən çap edilib. Martın 29-da saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzinin konfrans zalında kitabın təqdimatı keçiriləcək. Təqdimat mərasimində millət vəkilləri, tarixçilər, KİV rəhbərləri, ali məktəblərin jurnalistika fakültəsinin müəllimləri iştirak edəcəklər.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29