Beynəlxalq Böhran Qrupu Qarabağla bağlı 3 hesabat hazırlayacaq
28 mart 2011 12:58 (UTC +04:00)

Beynəlxalq Böhran Qrupu Qarabağla bağlı 3 hesabat hazırlayacaq

“Beynəlxalq marağın artmasına, Rusiya prezidenti Dmitri Medvedyevin prosesdə şəxsən iştirakına baxmayaraq, son illər Dağlıq Qarabağ münaqişəsinin həll perspektivləri ehtimalı çox azdır”.
APA-nın məlumatına görə, bu fikirlər Beynəlxalq Böhran Qrupunun növbəti illik hesabatında öz əksini tapıb. Hesabatda bildirilir ki, dekabrda ATƏT-in Astana sammitində baza prinsipləri ilə bağlı sazişin imzalanmaması böyük həyəcan doğurub: “Bu siyasi dalan yayda və payızda qoşunların təmas xəttində zorakılıq hallarının artması ilə müşayiət olunub”.


Hesabatda Beynəlxalq Böhran Qrupunun bu il üçün əsas diqqət mərkəzində saxlayacağı məsələlər də qeyd edilib. Qrupun 2011-ci il prioritetləri Dağlıq Qarabağ problemi, Kosovo və Serbiya arasında danışıqlar prosesi, Kipr münaqişəsidir.


Bu il Beynəlxalq Böhran Qrupu Dağlıq Qarabağ münaqişəsinə dair bir neçə hesabat hazırlayacaq. İlk hesabat qoşunların təmas xəttində silahlı insidentlərə və atəşkəs rejiminin pozulmasına, ikinci hesabat gərginliyin azaldılmasına dair təkliflərə, üçüncü hesabat isə Dağlıq Qarabağdan məcburi köçkün düşmüş vətəndaşların siyasi, iqtisadi, sosial problemlərinə həsr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar