Adil Qeybulla açıqlama verdi
Partiyadan istefamız heç bir ideoloji, psixoloji və digər problemlərlə əlaqəli deyildi, sırf şəxsi incikliyə əsaslanmışdı, ona görə də şəxsi xarakter daşıyırdı”. Bu sözləri APA-ya açıqlamasında bir müddət öncə Müsavat Partiyasından istefa versə də, martın 9-da yenidən partiya sıralarına qayıdan professor Adil Qeybulla deyib.
A. Qeybulla bildirib ki, istefa verdikdən sonra şəxsən onun özünə qarşı ictimai pressinq başlayıb: “Bunu dostyana pressinq də adlandırmaq olar. Söhbət xüsusilə də Müsavat Partiyasının rayon təşkilatlarından, sıravi müsavatçılardan, sabiq müsavatçılardan və s. gedir. İstefamı bir növ dostcasına qınayanlar da oldu, müəyyən təzyiqlər də başladı. Əslində bizim “Müsavat İrsi və Müasirlik” adlı təşkilat yaratmaq cəhdlərimiz də ona işarə idi ki, insanlar bu yolla getdiyimizi, yolumuzdan çəkinmədiyimizi görsünlər. Siyasi partiya yaratmaq, onun strukturlarını formalaşdırmaq və s. xeyli vaxt və vəsait tələb etdiyindən düşündük ki, bunu etməyək. Ancaq aktiv siyasi fəaliyyət zəruriliyi də yaranırdı. Bundan başqa, hiss edirdim ki, biz tək qaldıqca, kənardan bundan sui-istifadə etmə meylləri də var. Mənə də müəyyən müraciətlər olmuşdu. Ümumiyyətlə, hiss edirdim ki, bizim partiyadan kənarda qalmağımız həm konflikt yarada, həm reputasiyamıza zərbə vura biləcək müəyyən sui-istifadə hallarına yol aça bilər. Ona görə də partiyaya qayıtmaq qərarı verdim”.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07