Prezidentlərin Soçi görüşü başa çatıb
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev rəsmi danışıqlardan sonra görüşü qeyri-formal şəraitdə davam etdiriblər.
İlk öncə dövlət başçıları Soçi yaxınlığında yerləşən “Krasnaya Polyana” qış kurortunda kafedə çay içiblər. Sonra prezidentlər funikulyorla dağa qalxıblar və buradan İlham Əliyev və Dmitri Medvedyev bir neçə dəfə xizəklə aşağı eniblər. Ermənistan prezidenti isə qar üstü ilə yeriyən maşında gəzinti ilə kifayətlənib.
Daha sonra dövlət başçıları birlikdə nahar ediblər və bir sıra aktual məsələləri müzakirə ediblər.
Qeyd edək ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə üçtərəfli formatda təşkil olunan 8-ci görüşdür və Rusiya prezidentinin təşəbbüsü ilə keçirilib.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07