“www.karabakh.az” saytı təqdim edildi
Lent.az-ın məlumatına görə, sayt 4 dildə - Azərbaycan, rus, ingilis və erməni dillərində fəaliyyət göstərəcək.
Saytda “Facebook”, “Twitter”, “Yahoo” kimi sosial şəbəkələrə keçidlər də qoyulub.
Yeni yaradılan saytın internet resursu iki bölmədən ibarətdir. Belə ki, Dağlıq Qarabağın azərbaycanlı İcmasının aid olan bölmədə icmanın yaranma tarixi, missiyası, strukturu, fəaliyyət istiqamətləri və müxtəlif yazılar yerləşdirilib.
Dağlıq Qarabağa aid olan bölmədə isə əsasən Qarabağın tarixi, münaqişəyə gətirib çıxaran səbəblər, Xocalı soyqrımı, erməni terrorizmi öz əksini tapıb. Burada Qarabağda doğulmuş məşhur şəxsiyyətlər haqqında da məlumatlar var.
Saytın təqdimat mərasimində çıxış edən Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin rəhbəri Elnur Aslanov bildirib ki, saytda Qarabağa aid tarixi yerlərin fotoları var. O qeyd edib ki, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə baxmayaraq, Ermənistan iqtisadiyyatı günü-gündən zəifləyir: “Hər il yüz min erməni Ermənistanı tərk edir. Bir vaxtlar Ter-Petrosyan bunları yazmışdı, ona görə də hakimiyyətdən uzaqlaşdırıldı. Ancaq Ermənistanın indiki rəhbərliyi bir vaxtlar Petrosyanın səsləndirdiyi fikirlərə qayıtmalı olacaqlar”. E.Aslanov həmçinin bildirdi ki, yeni yaradılan sayt Azərbaycanın informasiya müharibəsindəki əsas elementlərindən olacaq. Qeyd edək ki, saytda muğam radiosu da fəaliyyət göstərəcək.
Ramiz MİKAYILOĞLU

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29