Xorvatiyalı qonaqlar Ədliyyə Nazirliyində olub
Lent.az-ın məlumatına görə, Azərbaycan və Xorvatiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edən nazir iki dövlətin məhkəmə və ədliyyə orqanları arasında əlaqələrin genişləndirilməsində səfərin böyük əhəmiyyətini vurğulayıb.
Nazir ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi, o cümlədən yeni regional məhkəmələrin yaradılması, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsində və korrupsiya ilə mübarizədə mühüm rolu olan hakimlərin sayının artırılması və maddi təminatının yaxşılaşdırılmasını, hakimliyə namizədlərin ən şəffaf prosedurlarla seçilməsini və digər tədbirləri qeyd edib.
Oxşar tarixi və böyük gələcəyi olan dövlətlərimiz arasında əlaqələrin dərinləşdirilməsinə mühüm önəm verən qonaq öz ölkəsinin məhkəmə sistemindən və mövcud problemlərdən danışaraq, Azərbaycanla müqayisədə hakimlərin 8 dəfə çox olmasına baxmayaraq məhkəmələrdə baxılan işlərin sayının hədsiz yüksək olduğunu bildirib və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Xorvatiya Ali Məhkəməsinin sədri Azərbaycanda əhalinin məhkəmələrə inamının artmasına yönələn məqsədyönlü tədbirləri təqdir edib, respublikamızda olmağından məmnunluğunu ifadə edərək, ikitərəfli münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu və səfərinin uğurlu keçdiyini vurğulayıb.
Görüşdə əməkdaşlığın prioritetləri, o cümlədən inzibati ədliyyə, hakimlərin müstəqilliyi, toxunulmazlığı və məsuliyyəti, ilkin və davamlı tədrisin əhəmiyyəti, Məhkəmə-Hüquq Şuralarının fəaliyyəti və digər məsələlər müzakirə olunub.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29