Vaqif Sadıqov etimadnaməsini San Marinonun Regent Kapitanlarına təqdim edib
Azərbaycan Respublikasının İtaliyadakı, eyni zamanda San Marino Respublikasında akkreditə olunmuş səfiri Vaqif Sadıqov öz etimadnaməsini San Marino Respublikasının Regent Kapitanları Covanni Françesko Uqolini və Andreya Zafferaniyə təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərasim zamanı Vaqif Sadıqov iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyət göstərəcəyini söyləyib.
Regent Kapitanları Covanni Françesko Uqolini və Andreya Zafferani Azərbaycan xalqına öz dərin ehtiramlarını ifadə edib, əmin-amanlıq və firavanlıq arzu ediblər.
Mərasimdə San Marino xarici işlər naziri Antonella Mularoni, İtaliya Respublikasındakı səfiri Daniela Rotondaro, Parlamentin xarici əlaqələr komitəsinin sədri, Xarici İşlər Nazirliyinin siyasi əlaqələr idarəsinin rəisi Federika Bici və Azərbaycanın İtaliyadakı səfirliyinin ikinci katibi Erkin Heydərli və üçüncü katibi İlqar Fərəcov iştirak ediblər.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29