Bələdiyyə seçilmək istəyənlərin 1076-sı qadındır
21 oktyabr 2009 16:15 (UTC +04:00)

Bələdiyyə seçilmək istəyənlərin 1076-sı qadındır

İndiyədək 7126 nəfərin namizədliyi təsdiq edilib

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Bu günə kimi 1075 bələdiyyə üzrə 7126 nəfərin namizədliyi təsdiq edilib. Bu barədə Lent.az-a Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib.


Həmin şəxslərdən 1076 nəfəri qadındır. Namizədliyi təsdiqlənən şəxslərin 2886-sı ali təhsillidir.


Doqquz siyasi partiya bu ilki seçkilərdə bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüblər. Namizədliyi təsdiqlənmiş şəxslərdən 5828 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlayıblar. Artıq həmin şəxslərdən 73 nəfəri namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim ediblər.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655

Oxşar yazılar