Bursa valisindən bayraq məsələsinə yeni açıqlama
20 oktyabr 2009 12:00 (UTC +04:00)

Bursa valisindən bayraq məsələsinə yeni açıqlama

Harput: “Bayrağın qadağan edilməsi FİFA-nın qərarıdır, Türkiyə bu qərara əməl etməsə, qarşılaşma ləğv oluna bilərdi”

Bursa valisi Şəhabəddin Harput oktyabrın 14-də Türkiyə-Ermənistan futbol qarşılaşması zamanı baş verən hadisələrə münasibət bildirib.


Valinin Lent.az-ın elektron ünvanına göndərdiyi açıqlamada bildirilir: “Matçdan əvvəl və sonra stadion ətrafında baş verənlər, Azərbaycan bayrağı ilə bağlı hadisələrə dair haqsız tənqidlərə və ittihamlara münasibət bildirməyi vacib saydım. Biz “”bir millət, iki dövlət” prinsipini tam mənimsəmişik və Türkiyədə 72 milyon azərbaycanlı var. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.


Vali qeyd edib ki, matç zamanı Azərbaycan bayrağına qadağa valilik tərəfindən qoyulmayıb. Bu, FİFA-nın rəsmi qarşılaşmasıdır, özəl matç deyil. Müsabiqəyə qatılan bütün ölkələr FİFA-nın qaydalarına riayət etməlidir.


“Bayrağın qadağan edilməsi FİFA-nın qərarıdır, Türkiyə bu qərara əməl etməsə, qarşılaşma ləğv oluna bilərdi”, - deyə o, bildirib.

.

Harput stadionun girişində FİFA müşahidəçilərinin iştirakı ilə 238 Azərbaycan bayrağının toplandığını xatırladıb, həmin bayraqların qutulara atıldığını deyib: “Bu məsələdə qaydaları pozanlar barəsində qanuni ölçü götürüləcək”.


“Azərbaycan bayrağı Türkiyə bayrağı qədər əziz və müqəddəsdir. Qadağalara baxmayaraq, bəziləri meydançaya Azərbaycan bayrağı və bayrağın şəkli olan köynəklərlə keçiblər. Təhlükəsizlik qüvvələri həmin şəxslərə müdaxilə etməyib. Matçdan əvvəl və sonra azəri qardaşlarımızın inciməməsi üçün lazım olan həssaslıq göstərilib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420

Oxşar yazılar