Abdulla Gül: “ Azərbaycanla münasibətlərdə problem yaranmayıb”
19 oktyabr 2009 13:00 (UTC +04:00)

Abdulla Gül: “ Azərbaycanla münasibətlərdə problem yaranmayıb”

Türkiyə prezidenti Abdulla Gül dünən TRT1 telekanalında Çankaya köşkündən canlı yayımda Azərbaycan-Türkiyə münasibətləri barədə danışıb.


Lent.az-ın verdiyi məlumata görə, Abdulla Gül Ermənistanla münasibətlərin normallaşması yönündə görülən işlər səbəbindən Azərbaycanla münasibətlərdə problemlər yaranması barədə fikirlərin yanlış olduğunu iddia edib.

Türkiyə prezidenti deyib ki, Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir: “Türkiyənin Ermənistanla münasibətləri normallaşdırma dönəmində Qarabağ problemi və Azərbaycanın işğal altındakı rayonları dünyanın ən önəmli, əsas məsələlərindən birinə çevrilib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387

Oxşar yazılar