Ağır ol, Egemen abi!
Egemen Bağış: “İndiyədək Şimali Kipr Türk Respublikasını tanımadığına görə Azərbaycandan inciməmişik”
Türkiyənin dövlət naziri Egemen Bağış Bakıda Türk Şəhidliyindən Türkiyə bayraqlarının endirilməsinə sərt reaksiya göstərib.
Lent.az xəbər verir ki, Bağış “Habertürk”ə açıqlamasında Türkiyənin Azərbaycanı heç vaxt tək qoymadığını deyib: “İndiyədək Azərbaycan Şimali Kipr Türk Respublikasını tanımayıb, ancaq biz buna görə Azərbaycandan inciməmişik. Avropa Şurasına Azərbaycan bilmədən bizi tək qoysa da, biz onları tək qoymadıq”.
Egemen Bağış Türkiyə-Ermənistan danışıqlarının hər mərhələsində Azərbaycanın məlumatlandırıldığını qeyd edib: “Bu proses keçmişdə Azərbaycan Silahlı Qüvvələrinin qoruya bilmədiyi Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün böyük fürsətdir. İndi onların hərəkətləri qonşuluğa da, qardaşlığa da yaraşmır. Bayraqlarımızın endirilməsi, azanların kəsilməsi, məscidlərin bağlanması, rusların Ukrayna və Gürcüstana qarşı etdiyi təbii qaz təhdidinin təkrarlanması başa düşülən deyil. Bunu Türkiyə ictimaiyyətinə anlatmaq da qeyri-mümkündür. Ət dırnaqdan ayrılmaz, bizim azəri qardaşlarımıza nə qədər ehtiyacımız varsa, onların da bizə o qədər ehtiyacı var. Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlətik”. Ümid edirəm ki, Minsk Qrupunun və bölgə ölkələrinin dəstəyi ilə Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlıq bərpa olacaq. Bu prosesdən hamı qazanclı çıxacaq”.

743