“Dağlıq Qarabağın tanınması” qanunu Ermənistan parlamentində!
Milli Məclis layihəni 2 gün ərzində müzakirəyə çıxarmalıdır
Oktyabrın 14-də Ermənistanın İrs Partiyasının parlament qrupunun üzvü olan 7 millət vəkili “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsini Milli Məclisin sədri Hoviq Abramyana təqdim ediblər.
Lent.az-ın tert.am saytına istinadən məlumatına görə, layihənin 1-ci maddəsində “Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasını tanıyır” ifadəsi yer alır. Qanun qəbul edilsə, rəsmi dərc edilməsi üçün ayrılmış 10 günlük müddətdən sonra qüvvəyə minəcək.
Deputat qrupunun rəhbəri Styoba Safaryan Milli Məclisin realist olacağına və 2008-ci ilin aprelində etdiyinin əksinə olaraq, qanunu qəbul edəcəyinə ümidini bildirib. O, “qarşıdakı günlərdə məsləkdaşlarımız da bu qanunun altına imzalarını qoysalar, şad olarıq”, - deyib.
Partiyanın mətbuat xidməti bildirib ki, qanunvericiliyə görə, Məclis sədri layihəni 2 gün ərzində gündəliyə çıxarmalıdır.

442