STRATFOR: Münaqişə həll olunmadan, sərhədlər açılmayacaq
16 oktyabr 2009 12:45 (UTC +04:00)

STRATFOR: Münaqişə həll olunmadan, sərhədlər açılmayacaq

“Ermənistan və Türkiyə prezidentlərinin görüşü çox vacib olsa da, əldə olunan razılaşmalar hələ də simvolik xarakter daşıyır”


“Ermənistan və Türkiyə prezidentlərinin görüşü çox vacib olsa da, əldə olunan razılaşmalar hələ də simvolik xarakter daşıyır. İki ölkə münasibətlərin normallaşması üçün ciddi problemlərlə üzləşir”.


Bu sözlər ABŞ tanınmış qlobal informasiya şirkəti STRATFOR-un APA üçün hazırladığı hesabatdandır.


Hesabatda bildirilir ki, STRATFOR-un Ermənistanda olan mənbələrin məlumatına görə Türkiyə Azərbaycan və Ermənistan prezidentlərin Kişinyov görüşünün nəticəsiz bitməsindən narahat olub. Azərbaycan xəbərdarlıq edib ki, Dağlıq Qarabağın statusu ilə bağlı məsələ həll olunmadan, Türkiyə Ermənistanla əlaqələri bərpa etmək istəsə, rəsmi Bakı bu yaxınlaşmanı ya dalana salacaq ya da çətinləşdirəcək.


STRATFOR öz mənbələrinə istinadən yazır ki, Türkiyənin Ermənistana ultimatumu indi də qüvvəsində qalır: “Dağlıq Qarabağ münaqişəsi həll olunmadan sərhədlər açılmayacaq”. Bu, ciddi təhdiddir və göstərir ki, protokollar istənilən vaxt boş kağız parçasına çevrilə bilər.


Hesabatda qeyd olunur ki, prezident Sarkisyanın ölkə üzərində nəzarəti güclü olsa da, parlamentdə və Ermənistan ictimaiyyətində siyasi narazılıq keçmişdə ciddi fəsadlar törədib. Belə bir hal 1999-cu ildə də qeydə alınmışdır. O vaxt bir qrup silahlı şəxs hökumətin korrupsiyaya uğramasını və zəif iqtisadiyyatı bəhanə gətirərək parlamentə hücum etmişdi. Nəticədə baş nazir və daha bir neçə yüksək rütbəli məmurlar qətlə yetirilmişdi.


STRATFOR ehtimal etmir ki, belə bir hadisə təkrarlana bilər, amma Ermənistan siyasəti öz qanlı tarixi ilə tanınır.


Bu gün parlamentin daxilində müxalifət yönümlü Erməni İnqilab Federasiyası və “İrs” Partiyası protokolların imzalanmasına etirazlarını açıq bəyan ediblər. Həmin təşkilatlar parlamentin 121 yerindən yalnız 23-nə nəzarət edirlər. Lakin iqtidaryönümlü, 64 yerə sahib Respublika Partiyası demək olar ki, bərabər parçalanıb.


Hesabatın sonunda qeyd edilir ki, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri Rusiyanın marağı nəzərə alınmadan irəliləməyəcək.


Qeyd edək ki, bu məqalə APA üçün STRATFOR (www.stratfor.com) tərəfindən eksklüziv olaraq hazırlanıb.

Xatırladaq ki, 2009-cu il oktyabrın 8-də iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar