Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqləndi
30 sentyabr 2009 15:33 (UTC +04:00)

Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqləndi

Milli Məclisin (MM) payız sessiyasının ilk iclasının gündəliyinə 30 məsələnin müzakirəsi daxil edilib.

APA-nın xəbərinə görə, iclasda ilk olaraq, payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Qeyd edək ki, plana Tikinti Məcəlləsi, Dövlət büdcəsi zərfində daxil olan qanun layihələri, Şəhərsalma Məcəlləsi, Rəqabət Məcəlləsi, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “İctimai asayişin təmin edilməsində vətəndaşların iştirakı haqqında”, “Bələdiyyələrin hesabatları haqqında”, “Pambıqçılıq haqqında“, “Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında”, “Ali təhsil haqqında”, “Reproduktiv sağlamlıq və ailə planlaması haqqında” qanun layihələri və digər sənədlər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar