“Ərdoğanın verdiyi sözün  yerinə yetiriləcəyinə əminik”
30 sentyabr 2009 12:15 (UTC +04:00)

“Ərdoğanın verdiyi sözün yerinə yetiriləcəyinə əminik”

“Biz Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına verdiyi sözə inanırıq. Sona qədər bu sözün yerinə yetiriləcəyinə əminik”.

Bu sözləri Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov bunun adi səviyyədə verilmiş bəyanat olmadığını vurğulayıb: “Odur ki, biz buna inanır və gözləyirik. Bununla bağlı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da açıqlama verib. Nazir Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmadan, münaqişə nəzərə alınmadan Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Azərbaycan-Türkiyə münasibətlərinə və hər iki ölkənin maraqlarına zidd olduğunu bəyan edib”.

Qeyd edək ki, R. T. Ərdoğan ən müxtəlif səviyyələrdə, o cümlədən bu ilin mayında Azərbaycan parlamentində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla sərhədlərin açılmayacağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar