Türkdilli Ölkələrin Parlament Assambleyasının 1-ci plenar iclası başlayıb
29 sentyabr 2009 14:15 (UTC +04:00)

Türkdilli Ölkələrin Parlament Assambleyasının 1-ci plenar iclası başlayıb

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) birinci plenar iclası başlayıb.

APA-nın xəbərinə görə, iclası Azərbaycan Mili Məclisinin (MM) sədri Oqtay Əsədov açıb. MM sədri çıxışında TürkPA-nın yaradılmasının uğurlu addım olduğunu qeyd edib. O.Əsədov deyib ki, belə bir qurumun yaradılması türkdilli ölkələrin əlaqələrinin gücləndirilməsinə təkan verəcək, regionda sülhə və sabitliyə kömək olacaq.

İclasda digər ölkələrin parlament sədrləri də açılış nitqi ilə çıxış edəcəklər. Tədbirdə TürkPA-nın Nizamnaməsi, katibliyinin Əsasnaməsi qəbul olunacaq, qurumun baş katibi və müavinləri seçiləcək. Daha sonra birinci plenar iclasın yekun sənədi - Bakı Bəyannaməsi qəbul olunacaq.

Qeyd edək ki, tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahinin, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Oral Muxamedjanovun və Qırğızıstan Respublikası Jogorku Keneşinin (Milli Məclis) sədri Aytibay Taqayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edir. Türkmənistan və Özbəkistan isə iclasa qatılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471

Oxşar yazılar