Avropa Şurasına yeni baş katib seçilib
29 sentyabr 2009 10:30 (UTC +04:00)

Avropa Şurasına yeni baş katib seçilib

Norveçin sabiq baş naziri, sosialist Tyornborn Yaqland Avropa Şurasının baş katibi seçilib.

APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, bu gün AŞ PA-da keçirilən səsverməyə 245 deputat qatılıb. Yekun nəticələrə görə, Tyornborn Yaqland 165, onun rəqibi polyak Vlodzimej Çimoşeviç isə 80 səs toplayıb. Yeni baş katib səlahiyyətlərinin icrasına oktyabrın 1-dən başlayacaq.

Qeyd edək ki, Tyornborn Yaqland 1950-ci il noyabrın 5-də anadan olub. Siyasi karyerası dövründə nə müxtəlif postlarda çalışan Yaqland 1996-97-ci illərdə Norveç hökumətinə rəhbərlik edib. Yens Stoltenberq hökumətində 2000-2001-ci illərdə xarici işlər naziri vəzifəsini tutan Tyorborn Yaqland 2005-2009-cu illərdə parlamentin sədri olub. 1992-2002-ci illərdə Norveç Fəhlə Partiyasına sədrlik edən Yaqland ölkənin Avropa İttifaqına qoşulmasının aktiv tərəfdarlarından hesab olunur. O, həmçinin Norveç Nobel Komitəsinin sədridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar